İraqın paytaxtı Bağdadda Ticarət Mərkəzində silahlılar insanları girov götürüb. Baki-xeber.com bu barədə utro.ru saytından məlumat əldə edib.
Yerli mətbuatın xəbərinə görə, nəticədə 7 nəfər dinc sakin həlak olub. Xəbərdə o da bildirilir ki, silahlılar Əl-Cədid rayonunda minalanmış maşını partladıblar, sonra isə Ticarət Mərkəzinə soxulub insanları girov götürüblər. Bəzi informasiya agentliklərinin xəbərinə görə, 27 nəfər xəsarət alıb.
"Əl Sumariyə” telekanalının xəbərinə görə, xüsusi əməliyyat nəticəsində bütün girovlar azad olunub. Telekanal onu da bildirib ki, həlak olanların sayı 12-yə çatıb. İraq XİN bütün terrorçuların məhv edildiyini açıqlayıb. Qurumdan bildirilib ki, "situasiya nəzarət altındadır”.
Qeyd edək ki, İraqda hələ də İŞİD xofu qalmaqdadır. Bu təşkilatın üzvləri zaman-zaman hücumlar və teraktlar törədir ki, çox vaxt bu hadisələrin qurbanları dinc əhali olur.