Sanksiyaların ləğv olunmasınin ardından İran Yaponiyaya neft ixracını iki dəfə artırmaq niyyətindədir. Baki-xeber.com-un xəbərinə görə, bu barədə İranın MEHR agentliyi xəbər yayıb.
”Beynəlxalq sanksiyalar tam götürüldükdən sonra İran Yaponiyaya neft ixracını ikiqat artırmaq niyyətindədir ” – deyə TASS məsələ ilə bağlı yayılan açıqlamadan iqtibas gətirir. Hazırda İran bu ölkəyə gündəlik 350 min barrel neft ixrac edir. "Sanksiyalardan sonra Tehran Yaponiya bazarının 10%-ini əldə etməyə çalışır ". Bu sözləri agentliyə açıqlamasında İran Milli Neft Şirkətinin beynəlxalq məsələlər üzrə icraçı direktoru Möhsün Qəmsari deyib.
Qeyd edək ki, Yaponiya son 40 ildə İran nefti üçün strateji bazar rolunu oynayıb. Sanksiyaların qismən qaldırılması ilə ötən ilin noyabrında İranın bu ölkəyə neft ixracında 3%-dən çox artım qeydə alınıb.