Türkiyənin hüquq-mühafizə orqanları azı 32 kürd silahlısının məhv edildiyi barədə açıqlama yayıb. Baki-xeber.com bu barədə Vestnik Kavkaza portalına istinadən xəbər verir.
Xəbərə görə, PKK qüvvələrilə toqquşmalar şənbə günü gecə və bazar günü İraq və Suriya sərhədləri yaxınlığında - Vanda baş verib. Xüsusi əməliyyat zamanı bir polis məmuru həlak olub, ikisi yaralanıb.
Xatırladaq ki, Türkiyə HHQ-nin qırıcıları 24 iyuldan Türkiyənin cənub-şərq əyalətlərində və İraqın şimalında PKK-çılara qarşı mübarizə aparır. Bu günə kimi Türk qoşunlarının 3,1 min PKK-çı məhv etdiyi xəbər verilir.