Tehranın general-qubernatorunun müavini Səudiyyə Ərəbistanının səfirliyinəə hücumla bağlı işdən azad edilib. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən məlumatına görə, bu barədə Press TV xəbər verib.
İranın Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Səfər Əli Baratlı "vəzifə səlahiyyətlərini vaxtında yerinə yrtirmədiyinə görə” daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin əmrilə işdən azad edilib.
Xəbərdə o da bildirilir ki, İran hökuməti baş verənləri qınayır və gələcəkdə belə halların baş verməməsi üçün tədbirlər görür.Xatırladaq ki, yanvarın 3-də Səudiyyə Ərəbistanında şiə müctəhidinin edamına etiraz olaraq bu ölkənin Tehrandakı səfirliyinə hücum edilmiş, binaya od vurulmuşdu.