Nyu-Yorkun keçmiş meri Maykl Blumberq ABŞ prezidentliyinə namizədliyini vermək qərarına gəlib. Baki-xeber.com-un REN.TV-yə istinadən xəbərinə görə, bu barədə CNN biznesmenin özünə yaxın mənbələrdən xəbər əldə edib.
Xəbərə görə, Blumberq artıq özünün namizədlik perspektivini dəyərləndirmək üçün sorğu keçirilməsini də sifarış edib. Onun namizədlik fikrinə düşməsinə isə digər namizəd Donald Trampın apardığı uğurlu kampaniya səbəb olub.
Qeyd edək ki, "Forbes”-ə görə, sahibkar-milyarder dünyanın ən varlı insanları sırasında yer alır. Prezidentlik uğrunda mübarizəyə gəldikdə isə, hazırda bu səhnədə iki nəhəngin döyüşü müşahidə olunur: Hillari Klinton və Donald Tramp.