İtaliyanın eks Baş naziri Silvio Berluskoni yeni siyasi partiya yaratmaq qərarı verib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, partiyanın adı Forza Italia olacaq.
"Bu il demokratiyanın inkişafının önünü kəsən rejimə qarşı mübarizə ili olacaq” – deyə Berluskoni bəyan edib. Berluskoni onu da deyib ki, Forza Italia-nın parlamentdə 20% səs alması əsas məqsədlərindən biridir.
Xatırladaq ki, 2013-cü ilin oktyabrında Milan məhkəməsi eks Baş nazir Silvio Berluskoninin dövlət qulluğu ilə məşğul olmasına iki illik qadağa qoymuşdu. Həmin qərarın qüvvəyə minməsilə Berluskoni senator statusunu da itirmişdi.