İraq HHQ-nin Ənbar vilayətinə aviazərbələr endirməsi nəticəsində "İslam dövləti” terrorçu qruplaşmasının başçısının müavini həlak olub. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə FARS agentliyi xəbər yayıb.
Daha öncə İraq hərbçilərinin bildirdiyinə görə, qruplaşmanın mətbuat katibi Əbu Məhəmməd əl-Adnani ciddi şəkildə yaralanıb. Onun sonrakı taleyi barədə xəbər yoxdur.