Yenicə başlayan ilin ilk günlərində müşahidə olunan gərginliklər fonunda ekspertlər dünyanı daha dərin qlobal böhranın gözlədiyinin anonsunu verib. Baki-xeber.com bildirir ki, bu barədə xəbərdarlıq "The Economist” nəşrində yer alıb.
Nəşrin bildirdiyinə görə, bu böhran 2008-ci ildə dünyanın üzləşdiyi qlobal krizisin eynisi olacaq. Belə ki, ticarət ilinin ilk günlərində istehlak qiymətlərinin və bondların enişi artıq göstərilən proqnozun indikatorları rolunda çıxış edir və investorların həyəcanına səbəb olmaqdadır.
Böhranın dərinləşməsindən danışarkən ekspertlər Çinin bu məsələdə roluna diqqət çəkir. Bildirilir ki, Çinin artan borcları kreditləşmənin necə gəldi aparılmasından və ehtiyat fondunun olmamasından xəbər verir.
Milyarder Corc Soros isə Şri-Lankada keçirilən iqtisadi forumda bildirib ki, hazırkı vəziyyət 2008-ci ildə yaşanan maliyyə krizisini xatırladır. Onun sözlərinə görə, Çin hələlik artımın yeni modelini tapa bilmir, onun valyutasının dəfələrlə devalvasiyaya uğraması isə Çin iqtisadiyyatının problemlərini bütün dünyaya transformasiya edir.