Sabunçu rayonu ərazisində ağır yol-qəza hadisəsi baş verib. Hadisə yerində olan əməkdaşımızın sözlərinə görə, metronun "Koroğlu” stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən marşrut avtobusu hələlik bilinməyən səbəbdən idarəetməni itirərək Karamel Fabrikinin qarşısındakı dayanacağa girib. Dayanacağı az qala "yerlə bir” edən avtobus, çox güman, sürət həddinin yüksək olması səbəbindən bundan sonra bir qədər də irəliləyərək yol kənarında park edilmiş BMV markalı şəxsi minik avtomobilini əzib və yalnız bundan sonra yol kənarındakı işıq dirəyinə çırpılaraq dayanıb.
Hadisə nəticəsində ölüm faktının olmadığı deyilsə də, xeyli sayda insanın xəsarət aldığı bildirilir.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlib, araşdırma aparılır.
Baki-xeber.com