Rusiya təyyarələri Dəməşqin Şərqi Quta rayonunda yaşayış massivini bombalayıb. Baki-xeber.com-un Anadolu Agentliyindən əldə etdiyi xəbərə görə, nəticədə 12 nəfər dinc sakin həlak olub, 65 nəfərdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.
Agentliyin müxbiri yerli sakinlərə istinadən bildirir ki, Rusiya təyyarələri ticarət rayonunu, məktəb binasını və Ərbin qəsəbəsinin inzibati mərkəzini aviazərbələrə məruz qoyub. Qeyd olunur ki, sözügedən rayon və bombalanan obyektlər müxalifətin nəzarətindədir.
Xəbərdə o da bildirilir ki, aviazərbələr nəticəsində qəsəbənin infrastrukturuna ciddi ziyan dəyib.