Bakının Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus uşaq sanatoriyasında yanğın baş verib. Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, ümumi sahəsi 225 kv.m olan 3 saylı "Somatik” Uşaq Sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb. Yüksək temperaturdan 1 ədəd "SAMSUNG” markalı kondisioner əriyib. Yanğın zamanı 16 nəfəri uşaq olmaqla 24 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Otağın qalan hissəsi və Sanatoriya binası yanğından mühafizə olunub.
Yanğında xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbi araşdırılır.