Bu gün metronun "28 May” stansiyası istiqamətində hərəkət edən qatarda tüstülənmə baş verib. Baki-xeber.com-un "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən aldığı xəbərə görə, qatar qrafikə uyğun olaraq depoya getməli imiş. Lakin "Cəfər Cabbarlı" stansiyasından "28 May” stansiyası istiqamətində gedən qatarın maşinist kabinəsində naqillərdə qəfil tüstülənmə baş verib.
Xəbərə görə, hadisə saat 21:25-də yaşanıb. Situasiyanın dərhal nəzarətə götürülməsilə tüstülənmənin yanğına keçməsinin qarşısını almaq mümkün olub. Sərnişinlər qatardan düşürüldükdən sonra qatar depoya gedib.