Poma Papası Fransiskin bu ilin aprelində Ermənistana səfər edəcəyi gözlənir. Baki-xeber.com-un məlumatına görə, bu barədə erməni sattları xəbər yayıb.
Xəbərdə bildirilir ki, səfər 1915-ci ildə Osmanlı İmperiyasında "erməni genosidinin” 101-ci ildönümü münasibətilə nəzərdə tutulub. "Worls Religion News” saytının "Catholic Online” nəşrinə istinadən xəbərinə görə, Poma katolik kilsəsinin başçısı Ermənistana səfərin ona nəsib olacağına ümid etdiyini bildirib. "Artıq qocayam və səfərlər mənə asan başa gəlmir”- deyə pontifik açıqlamasında bildirib.
Maraqlıdır, bütün dünyanın gözünün içinə həyasızca yalan danışan erməniləri dəstəkləmək üçün hətta ümidsiz olsa belə səfər etməyə qərar verən pontifik yaşının bu çağında bu yalana ortaq olmaqla reputasiyasına hansı ləkəni vuracağının fərqindədirmi? Axı kimsə ondan soruşa bilər ki, məgər ermənilər o zaman xristian olduqları üçünmü öldürülmüşdülər? Yox, təkcə xristianlığın deyil, bütün dinlərin təəssübkeşliyini edirsənsə, elə bu günlərdə ərəb dünyasına çaxnaşma salan Səudiyyədə şiələrin edam edilməsinə niyə səsin çıxmadı?
Deyirlər, insanlar ahıl yaşlarında özünün müdriklik çağına qədəm qoyur, hadisələrə daha fərqli prizmadan baxmağa və daha dərindən qiymət verməyə başlayır. Lakin görünən o ki, Papa Fransisk "bir ayağı burda, biri gorda” olsa da, bu müdriklik həddinə ya çatmayıb, ya da ermənilərin vəd etdiyi hədiyyələr gözünü elə qamaşdırıb ki, məntiqi düşünməyi belə yadırğayıb. Belə olmasaydı, "olmayan duaya amin” deyib, bu boyda yolu gəlməyi gözə almazdı. Təbii, özünün də dediyi kimi, gəlmək nəsib olacaqsa...
Baki-xeber.com