ABŞ Quantanamo həbsxanasında yatan məhbuslardan birini Küveytə verir. Baki-xeber.com-un məlumatına görə, bu barədə "Reuters” Pentaqona istinadən xəbər verir.
Xəbərə görə, xüsusi dövlətlərarası komissiya keçmiş "Əl-Qaidə” lideri Üsamə bin Ladenin "mənəvi müşavirlərindən biri” olduğu ehtimal edilən Faiz Məhəmməd Əhməd əl-Kəndarinin artıq Birləşmiş Ştatlar üçün təhlükə təşkil etmədiyi qənaətinə gəlib. Qərarla əlaqədar olaraq 38 yaşlı əl-Kəndarinin Quantanamoda saxlanması artıq məqsədəuyğun sayılmayıb.
Xəbərdə o da qeydolunur ki, əl-Kəndarinin repatriasiyasından sonra Quantanamoda 104 məhbus qalacaq. Pentaqon küveytli məhbusun nə zaman ölkəsinə göndəriləcəyi barədə heç bir məlumat vermir. O sual da açıq qalır ki, Kəndarini ölkəsində hansı tale gözləyir: azadlıq, yoxsa məhbusluq həyatının davamı. Qeyd edək ki, Kəndarə 13 ildir türmədə saxlanır, 2015-ci ildə isə onun işinə yenidən baxılıb.