Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrini ona görə kəsdi ki, İslam Respublikası ilə birbaşa münaqişə yaşanmasın. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, belə bir bəyanatla Səudiyyə krallığının müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz əl-Saud çıxış edib. Onun sözlərinə görə, krallıq "İran kimi bir ölkə ilə” müharibənin başlanmasına yol verə bilməz.
"Təsəvvür edin ki, səudiyyə diplomatına, yaxud onun ailə üzvünə, uşağına İranda hücum edilir. Bu zaman bu ölkə daha çətin duruma düşəcəkdi. Biz əlaqələri kəsməklə İranı belə bir rüsvayçılıqdan qoruduq”- deyə o, "Ekonomist” jurnalına açıqlamasında bildirib. "Bu ölkələr arasında müharibə variantının gerçəkləşməsi mümkündürmü” sualına cavabında Məhəmməd bin Salman deyib ki, "Ər-Riyad belə bir nəticə görmür”. "Kimsə ölkələri buna təhrik edirsə, həqiqətən ağlını itirib. Çünki Səudiyyə Ərəbistanı ilə İran arasında müharibə bütün dünyaya təsirini göstərəcək regionda qlobal fəlakətin başlanğıcı ola bilər”- deyə o, TASS-a məsələni şərh edərkən bildirib.