Yəmən hökuməti BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığının nümayəndəsini ölkəsində persona non qrata elan edib. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, buna səbəb kimi onun ölkədəki humanitar vəziyyətlə bağlı hazırladığı məruzənin qeyri-obyektiv və ədalətsiz olması, eyni zamanda peşəkarlığın yoxluğu barədə qurumun gəldiyi nəticələrdir.
Xəbərə görə, xüsusilə rəsmi Səna sözügedən məruzədə husilər haqqında praktik olaraq heç bir şeyin deyilməməsindən təəssüflənir. Halbuki, Yəməndə münaqişə hələ də davam edir. Hökumət qüvvələri ərəb koalisiyasının dəstəyilə üsyançılar üzərində üstünlüyü ələ almağa çalışır.