Somali XİN İranla diplomatik əlaqələrini kəsdiyini bəyan edib. Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, bu barədə AFR xəbər yayıb. Xəbərə görə, iranlı diplomatlara ölkəni tərk etmələri üçün 72 saat vaxt verilib.
Xatırladaq ki, Körfəz ölkələri arasında münasibətlər Səudiyyə Ərəbistanında şiə müctəhidin edamından sonra gərginləşib. Belə ki, İranda bu ölkənin dipkorpuslarına hücumlar olub. Səudiyyə Ərəbistanının xarici işlər naziri bəyan edib ki, İrana ölkəsinin təhlükəsizliyinin hədə altına alınması üçün fürsət verilməyəcək.