Yeni il bayramı ərəfəsində Ermənistan ərazisində 27 "donuz qripi”nə yoluxma halı qeydə alınıb. Baki-xeber.com bu barədə EurAsia Daily portalına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, ölkənin səhiyyə naziri Armen Muradyan ümumilikdə respirator xəstəliyin nəzarət altında olduğunu bildirib. Radio "Svoboda”ya açıqlamasında o deyib ki, hazırda xəstəliklə bağlı gərginlik yoxdur. Onun sözlərinə görə, hazırda xəstəxanalarda bu xəstəliyin müalicəsi üçün lazım olan hər şey var. O, insanları özbaşına müalicədən çəkinməyə çağıraraq, xəstəliyin ilk simptomları özünü göstərdikdə dərhal həkimə müraciət etməyi məsləhət görüb.