Qətər hakimiyyəti İranda Səudiyyə Ərəbistanının dipkorpuslarına hücumlara görə özünün Tehrandakı səfirini geri çağırıb. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Reuters” agentliyi xəbər yayıb.
Buna qədər Səudiyyə Ərəbistanının ardınca Bəhreyn və Sudan İranla diplomatik əlaqələrinə son verib. Daha sonra Cibuti dövləti də bu sıraya qoşulduğunu bəyan edib. BƏƏ isə bu əlaqələri məhdudlaşdırdığını bəyan edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında 47 nəfər barəsində edam hökmü icra olunub. Edam olunanlar arasında şiə müctəhidi Nimr ən-Nimrin də olması İranda etirazlara yol açıb. Nəticədə narazı kütlə Səudiyyənin bu ölkədəki diplomatik korpuslarına hücum edib.