BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı sanksiyalar tətbiq edə bilər. Baki-xeber.com-un utro.ru-ya istinadən xəbərinə görə, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft bu barədə bəyanatla şıxış edib.
Raykroftun bəyanatında deyilir ki, nüvə sınağının ardından BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı sanksiyalar paketinin tətbiqi mümkünlüyünü araşdırır. O əlavə edib ki, London BMT TŞ-nin digər üzvlərilə birlikdə sanksiyalar qətnaməsinin mətni üzərində işini davam etdirəcək.