Bəhreyn İranla aviasiya əlaqəsini tamamilə dayandırıb. Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, bu barədə "Reuters” məlumat verib.
Daha öncə Küveyt və Sudan İranla diplomatik əlaqələrini kəsib. Səudiyyə Ərəbistanı və BƏƏ isə İslam Respublikası ilə diplomatik əlaqələrini məhdudlaşdırdığını bəyan edib.
Xatırladaq ki, Fars körfəzi ölkələri arasında münasibətlər şiə müctəhidinin edamının ardından Tehranda etirazların başlaması və Səudiyyə Ərəbistanının bu ölkədəki dipmissiyalarına hücumundan sonra pisləşib. Öz növbəsində Rusiya XİN regionda situasiyanın gərginləşməsindən narahatlığını bildirib, Tehran və Ər-Riyadı gərginliyi körükləyən addımlardan çəkinməyə çağırıb.