Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası İranda Səudiyyə Ərəbistanının diplomatik korpuslarına hücumla bağlı cümə günü fövqəladə iclas keçirəcək. Baki-xeber.com bu barədə Anadolu Agentliyindən məlumat əldə edib.
Xəbərə görə, Şuranın Baş katibi Abdullətif Rəşid Əz-Zəyani mövzu ilə bağlı yazılı müraciət yayıb. Müraciətdə bildirilir ki, Şura ekstremal vəziyyətin yaranması ilə bağlı müzakirələrin keçirilməsi üçün təcili toplaşmağı qərara alıb.
Qeyd edək ki, daha öncə Ərəb Ölkələri Liqası üzümüzə gələn bazar günü xarici işlər nazirləri səviyyəsində fövqəladə iclasının keçiriləcəyini açıqlayıb.
Xatırladaq ki, 47 məhbusla birlikdə şiə müctəhidi Nimr Bakır ən-Nimrin Səudiyyə tərəfindən edamı İranda etirazlara yol açıb, nəticədə etirazçılar bu ölkənin Tehranda və Məşhəddəki dipmissiyalarına hücum edib.