İsrail hökumətinin başçısı Benyamin Netanyahu Mahmud Abbasın başçılıq etdiyi Fələstin muxtariyyətinin süqutunu istisna etmir. Baki-xeber.com-un Eurasia Daily portalına istinadən xəbərinə görə, bu barədə o, ölkəsinin hərbi-siyasi toplantısında bəyan edib.
"Haaretz” qəzetinin xəbərinə görə, baş nazir hadisələrin bu ssenari üzrə inkişaf etməsinə yol verməməyə çağırıb, lakin işlər məhz bu istiqamətdə gedərsə, önləyici tədbirlərin görülməsini zəruri sayıb. Nəşrin xəbərinə görə, ölkə başçısı daha öncə məsələ ilə əlaqədar İsrail xüsusi xidməti və ABŞ dövlət katibi Con Kerri ilə məsləhətləşmələr aparıb. Netanyahunun sədrliyilə kabinetin iclasında qeyd olunub ki, Fələstin muxtariyyətinin süqutu təhlükəsizlik sferasında ağır iqtisadi və siyasi böhranın genişlənməsi, eyni zamanda Ramallahın Fələstinin müstəqilliyini birtərəfli qaydada bəyan etməsilə baş verə bilər. Lakin görünən odur ki, Fələstin muxtariyyətinin süqutu ilə HƏMAS təşkilatı hakimiyyəti ələ ala bilər. Bununla da 2007-ci ildən Qəzza sektoruna nəzarət edən hərəkat öz nüfüzunu Şərqi Qüds və İordan çayının Qərb sahillərinə qədər genişləndirmək şansı qazanar.
"Haaretz” yazır ki, bir sıra nazirlər Netanyahunun Mahmud Abbas muxtariyyətini qorumaq çağırışını dəstəkləməyib. Öz növbəsində İsrail xüsusi xidməti güman edir ki, Mahmud Abbas rejiminin süqutu və ya onun ölümü (Mahmud Abbasın 81 yaşı var) Fələstin daxilində qarşıdurmaya gətirər ki, nəticələri İsraildə də özünü göstərə bilər.