Əfqanıstanın cənubunda ABŞ vertolyotunun atəşə tutulması nəticəsində pilot həlak olub, iki əsgər isə yaralanıb. Bu barədə baki-xeber.com gazeta.ru portalına istinadən xəbər verir.
ABŞ Müdafiə nazirliyindən faktı təsdiqləsələr də, pilotun adı açıqlanmayıb. Yalnız o bildirilib ki, insident Əfqanıstanın Hilment əyalətində baş verib. "Biz bu itkidən çox məyus olmuşuq” – deyə qurumun olayla bağlı açıqlamasında deyilir.
Qeyd edək ki, daha öncə amerikan hərbçilərinin Hilmend əyalətində minomyot atəşinə tutulduğu barədə xəbər verilmişdi. Xəbərdə o da bildirilir ki, onlara yardıma gedən sanitar vertolyotu da atəşə tutulub.