Səudiyyə Ərəbistanının BMT-dəki nümayəndəsi Abdullah əl-Muallim bəyan edib ki, İranla diplomatik əlaqələr yalnız Tehran "digər ölkələrin daxili işlərinə son qoyacağı halda” bərpa oluna bilər. Baki-xeber bu barədə "Reuters”-dən məlumat əldə edib.
Əl-Muallim əmin olduğunu bildirib ki, diplomatik əlaqələrin pozulması İranı kursunu dəyişməyə vadar edəcək.
Qeyd edək ki, daha öncə Əl-Muallim İranı Suriya və Yəməndə sülh prosesini dəstəkləməməkdə qınamışdı.