Bəzi media orqanlarında və bloqlarda ölkəmizin diplomatik nümayəndəliklərinin bağlanacağı haqqında məlumatlar yer alıb.
Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bəzi internet mediada və bloqlarda guya bağlanacaq diplomatik nümayəndəliklərin təqdim olunan siyahısı obyektivlikdən kənardır və qeyri-ciddidir:
"Bu kimi yoxlanılmamış xəbərlərin yayılması Azərbaycanın uzun müddət ərzində digər dövlətlərlə qurduğu diplomatik əlaqələrinə xələl gətirə bilər.