BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Ər-Riyada gəlir. "France Press” bu barədə BMT-dəki nümayəndəsinə istinadən bildirir.
Artıq xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanının ardınca Bəhreyn və Sudan da İranla diplomatik əlaqələrini kəsdiyini bəyan edib. BƏƏ isə sözügedən ölkə ilə əlaqələri minimum həddə qədər məhdudlaşdırıb.
Bütün bu diplomatik qalmaqallara səbəb 3 yanvar tarixində Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluq binasına hücumların edilməsi olub. Etirazlar isə Səudiyyə Krallığının şiə müctəhidi Nimr ən-Nimri edam etməsi ilə bağlı olub.
Baki-xeber.com