ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanı və İrandakı kolleqalarına telefon açaraq onları "sabitliyi qorumağa” dəvət edib. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, ABŞ administrasiyasının sözçüsü "Röyters”ə bildirib.
Dövlət Departamenti hələlik rəsmi açıqlama yaymayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Tehrandakı səfirliyinin binasına hücumun ardından bu ölkə ilə diplomatik əlaqələri dayandırıb. Etirazlar isə Səudiyyə hökumətinin şiə müctəhidi Ən-Nimri məhkəmənin hökmü ilə edam etməsindən sonra başlayıb.