Səudiyyə Ərəbistanı ilə yaşadığı insidentin ardından Sudan dövləti də İranla diplomatik əlaqələrə son vermək barədə qərar qəbul edib. Baki-xeber.com lenta.ru-ya istinadən xəbər verir ki, Sudan hökuməti İran səfirini artıq ölkəsindən qovub.
Xəbərə görə, bu barədə "Əl-Ərəbiyyə” telekanalı ölkə prezidenti Ömər əl-Bəşirin administrasiyasına istinadla məlumat yayıb. "Sudan Respublikası İran səfirini ölkəsində persona-non-qrata elan edir və onun bütün dipkorpusla birgə ölkə ərazisini tərk etməsi tələb olunub. Eyni zamanda ölkənin İrandakı səfirinin də geri çağırılması barədə qərar qəbul olunub” – deyə administrasiyanın açıqlamasında deyilir.
Xatırladaq ki, bundan öncə Səudiyyə Ərəbistanı və Bəhreyn İranla diplomatik əlaqələrini kəsdiyini açıqlamışdı.