Bəhreyn Tehranda kütlənin Səudiyyə Ərəbistanının səfirliyinə hücumundan sonra İranla diplomatik əlaqələrini kəsdiyini bəyan edib. Baki-xeber.com bildirir ki, bu barədə "Reuters” BNA agentliyinə istinadla xəbər yayıb.
Ada dövlətinin hökuməti İran diplomatlarına Krallıq ərazisini tərk etmək üçün 48 saat vaxt verib.
Xatırladaq ki, yanvarın 3-də Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrə son qoyduğunu bəyan edib və dipmissiyaya ölkə ərazisini tərk etməsi üçün 48 saat vaxt verib. Bunun isə artıq dünya neft bazarında öz təsirini hiss etdirdiyi bildirilib. Belə ki, Nyu York birjasında fyuçerslər 3,5 faiz qalxıb.