Artıq xəbər verildiyi kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Məlumat daxil olduqdan sonra FHN-in "BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi məqsədilə bu gün səhər Türkmənistana yola düşüb.
Artıq istintaq qrupunun üzvləri və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri meyitlərə baxış keçirib. Mlum olub ki, bunlar 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilər - Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğludur. Onların cznazəsi yaxın vaxtda respublikaya gətiriləcək.
Allah rəhmət eləsin.
Baki-xeber.com