Fövqəladə Hallar Nazirliyindən "Trend”ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, 04.01.2016-cı il təxminən, saat 10:30 radələrində Balakən şəhərində "Azəryem Sənaye MMC”-yə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində yanğın baş verməyib. Hadisənin başvermə səbəbləri araşdırılır.