İranın Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanını özünün Tehrandakı səfirliyinə hücumdan istifadə edərək gərginliyi bilərəkdən artırmaqda ittiham edib. Baki-xeber.com bu barədə "Reuters”ə istinadən bildirir.
"İran beynəlxalq konvensiyalar əsasında diplomatik təhlükəsizliyi təmin etməyə çalışır. Səudiyyə Ərəbistanı isə insidentdən münasibətləri daha da gərginləşdirmək üçün istifadə edir”- İran XİN-in mətbuat katibi deyib.
Daha öncə İran XİN başçısı Huseyn Əmir Abdullahian bildirmişdi ki, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin qırılmasına gətirən "böyük səhvini - ən-Nimrin edamını heç nə ilə ört-basdır edə bilməyəcək”.