Xəzərin Dağıstan sahillərində Rusiya xilasediciləri qəza keçirmiş 8 balıqçını xilas edib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya FHN-in Dağıstan bürosunun saytında məlumat yerləşdirilib.
Xəbərə görə, FHN-in Mi-8 vertolyotu hadisə yerinə gələrək balıqçıları xilas edib. Onlar xəstəxanaya yerləşdirilib. Daha öncə verilən xəbərə görə, Xəzərdə iki balıqçı qayığı qəzaya uğrayıb.