Azərbaycanda dövriyyəsi qadağan edilən dərman siyahısında ölkədə istehsal olunan 2 preparat yer alıb. "Report" xəbər verir ki, həmin dərmanlar "Bakıkimyaəczasənaye" ASC-də istehsal olunan "Vişnevski məlhəmi və 0,5%-lik "Novokain” iynəsidir.
Bundan başqa, müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsi qadağan edilib. Həmin dərmanlar arasında Türkiyə (379) və Rusiya (178) istehsalı olan dərmanlar üstünlük təşkil edir. Sonrakı yerləri Hindistan, Rumıniya, Danimarka, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və digər ölkələrin istehsalı olan dərmanlar tutur.