"İşlam dövləti” terrorçu qruplaşması beş britaniyalının edam səhnəsini görüntüləyən video yayıb. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "The Independent” xəbər verir.
Xəbərə görə, videogörüntüdə 5 nəfər narıncı geyimli şəxs "Britaniya xüsusi xidmətinin casusu olduğunu etiraf edir”. Videoda Böyük Britaniyanın baş naziri Devid Kemeronun ünvanına təhdidlər də səsləndirilir. Nəşr ona da diqqət çəkir ki, videoda kadr arxasından danışan şəxsin nitqində Britaniya ləhcəsi hiss olunur.
Videonun həqiqiliyi hələlik təsdiqini tapmayıb. Baş nazirin mətbuat xidmətindən isə xəbəri şərh etmək istəməyiblər.
Qeyd edək ki, bundan az öncə İŞİD İsrailin ünvanına təhdidlər səsləndirmişdi.