Bayırbucağın türkmən regionu olan Bürc əl-Kəsab yenidən müxaliflərin nəzarətinə keçib. Baki-xeber.com bu barədə Anadolu Agentliyindən xəbər əldə edib.
Xəbərə görə, müxalif qüvvələr dünən axşam və bu gün səhər saatlarında strateji cəhətdən əhəmiyyətli yüksəklikləri geri qaytara bilib. Gün boyu davam edən qızğın döyüşlərdə Əsəd qüvvələrinin ciddi itki verdiyi bildirilir.
Qeyd edək ki, Türkmən dağının cənubunda yerləşən Bürc əl-Kəsab 3 gün öncə rejim qüvvələrinin əlinə keçmişdi. Bu yüksəkliklər Lazkiyə-Hələb trasını və bir çox kəndləri nəzarətdə saxlamaq baxımından ciddi əhəmiyyət daşıyır.