İran polisi Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumun ardından 40 nəfəri göz altına alıb. Baki-xeber.com bu barədə RİA”Novosti”yə istinadən xəbər verir.
Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanının daxili işlər nazirliyi 47 nəfər məhbus barəsində məhkəmənin çıxardığı ölüm hökmünün icra olunduğunu açıqlayıb. Bununla da ölkədə şiələrin narazılığı baş qaldırıb. Etiraz aksiyaları İranda da davam edib. Narazı kütlə Krallığın Tehrandakı səfirliyinin binasına od vurub. İranın dini lideri Xamneyi isə bu edamı gerçəkləşdirənlərin "Allahın qəzəbinə gələcəyini” bəyan edib.
Onu da bildirək ki, şiə müctəhidi Nimr ən-Nimrdən əlavə daha 46 nəfər məhbus edam edilib. Nimr ən-Nimrin 2012-ci ildən Krallıq tərəfindən həbsə alındığı bildirilir.