Meksikada mer seçildiyi günün səhəri güllələnib. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir.
Xəbərə görə, Gisela Mota evində qətlə yetirilib. Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, merə edilən hücumda 4 nəfər silahlı şəxs iştirak edib. Onlardan ikisi polis tərəfindən öldürülüb, digər iki nəfər isə həbs olunub.
Qətlin motivi araşdırılır.