Yanvarın 2-nə keçən gecə İrəvanın "Zvartnots” aeroportunda beynəlxalq axtarışa verilmiş Bəhreyn vətəndaşı tutulub. Baki-xeber.com EurAsiya Daily-yə istinadən xəbər verir ki, ölkəsində həmin şəxsin barəsində terrorizm, öldürməyə cəhd, ictimai və şəxsi əmlaka ziyan vurma, kütləvi iğtişaşlarda iştirak maddələrilə cinayət işi açılıb.
Mətbuat xidmətindən bildirildiyinə görə, ehtimal olunan cinayətkar Baş cinayət axtarışı idarəsinin əməkdaşları tərəfindən tutularaq İrəvan polisinin müvəqqəti saxlanma təcridxanasına verilib.
Həmçinin Bəhreynin axtarış təşəbbüskarı olaraq xəbərdar edilməsi məqsədilə İnterpol olayla bağlı məlumatlandırılıb.