Bu gün Bakı şəhəri, Nizami rayonunda sahibi məlum olmayan mağazada yanğın hadisəsi baş verib. Baki-xeber.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli "ARMO STORE” supermarketinin 1-ci mərtəbəsində alçıpandan ibarət tavan və rəflərə yığılmış ərzaq məhsulları 6 kv.m sahədə yanıb. Marketin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.