İraqın keçmiş hökumət başçısı Nuri əl-Maliki Səudiyyə Ərəbistanında şiə vaizin edamının kral ailəsinin sonunu gətirəcəyini bəyan edib. Baki-xeber.com bu barədə utro.ru saytına istinadən xəbər verir.
Xatırladaq ki, şənbə günü Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi 47 nəfərin terrorizmdə və buna təhrikdə təqsirləndirilərək edam edildiyini açıqlayıb. Edam olunanlar arasında "Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı lideri Faris əz-Zəhrani və məşhur şiə vaizi Nimr- ən-Nimr də var. "Biz bu ikrahdoğurucu terror aktını pisləyirik, eyni zamanda konfessiyalararası provokasiyaları kəskin mühakimə edirik. Bildiririk ki, səudiyyə rəhbərliyinin cinayəti, əs-Sədrin cinayətkarcasına edamı Səddam Hüseynin ozünün devrilməsinə gətirdiyi kimi, onların da sonunu gətirəcək” – əl- Malikinin feysbuk səhifəsində bildirilir.