İranın Qum şəhərində seminariya tələbələri Səudiyyə Ərəbistanının şiə vaizi Nimr-ən-Nimri edam etməsinə etiraz olaraq yürüş keçirib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Mehr agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, aksiya iştirakçıları əllərində edam edilən vaizin fotolarını tutub. Bu arada Almaniya XİN də bəyanat yayaraq, şiə vaizinin edam edilməsinin doğru addım olmadığını bildirib. Bəyanatda bildirilir ki, bu addım Yaxın Şırqdə münaqişəni körükləyə bilər.
"Nimr-ən-Nimrin edamının bizim regionda ehtiyat etdiyimiz ən pis nətəcəyə - münaqişənin dərinləşməsinə gətirməsi qaçılmaz ola bilər”- mənbə bildirib.
Xatırladaq ki, bu günlərdə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi 47 nəfər barəsində ölüm hökmünün çıxarıldığını açıqlamışdı. Onlar arasında Nimr-ən-Nimr də vardı. Verilən xəbərdə Səudiyyə şiələrinin də vaizin edam hökmünə etiraz olaraq aksiyalar keçirdiyi bildirilirdi.