Erməni saytı panorama.am "İngilis Vikipediyası saxta azərbaycanlı qəhrəman Əhmədiyyə Cəbrayılov haqqında ziddiyyətli məqalə dərc etdi” başlığı ilə geniş məqalə yayıb. Məqalədə göstərilir ki, guya ingilis Vikipediyası Əhmədiyyə Cəbrayılovun müharibədə almanlara əsir düşməsi, əsir düşərgəsindən qaşması və bir fransız qızının köməyilə Fransa partizanlarına qoşulması barədə 9 bir-birindən fərqli versiya verir. Erməni saytının iddiasına görə, guya bu ziddiyyətlər səbəbindən rus və fransız vikipediyaları Əhmədiyyə Cəbrayılov barəsində məlumatları öz səhifələrindən silib. Ermənilər onu da bildirir ki, azərbaycanlılar bunu ermənilərin işi sayır, əslində isə silinmələrə səbəb həmin ziddiyyətlərdir.
Əslində bu ziddiyyətlər nədədir? Məsələ burasındadır ki, həmin versiyaların hər birində Əhmədiyyə Cəbrayılovun partizanlara qoşulduqdan sonra Fransanın hansısa şəhərinin faşistlərdən azad olunmasında göstərdiyi şücaətdən eyni qaydada bəhs olunur. Burada ziddiyyət deyilən nəsnə əslində şəhərlərin adının fərqli göstərilməsidir. Yəni bir versiyada söhbət Parisin azad olunmasından gedirsə, digərində Tuluza, Tulon və daha hansısa şəhərin adı çəkilir. Burada isə erməninin gözardı etməkdə maraqlı olduğu bir həqiqət var: azərbaycanlı Əhmədiyyə Cəbrayılov fransız partizanları ilə bir sırada qəhrəmancasına döyüşüb və Fransanın, fərqi yoxdur, hansısa şəhərinin və ya lap elə hamısının alman faşistlərindən təmizlənməsində iştirak edərək adını tarıxə həkk edib. Onun bu qəhrəmanlıqlarını danan yoxdur ki?
Və bir daha xatırladaq ki, Azərbaycanın Əhmədiyyə kimi onlarla igid oğlu adına Vətən dediyi torpaqlar uğrunda canını fəda edib. Bəs erməni necə, sözümüzün qabağına bir "Əhmədiyyə” çıxara bilərmi?
Baki-xeber.com