ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhərində hər il keçirilən "Səmada çıçəklər” paradında qəribə olay yaşanıb. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, parad zamanı səmada ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampın ünvanına senzuradan kənar ifadələr peyda olub.
Bu barədə xəbəri "Politico” nəşri yayıb. Nəşrin xəbərinə görə, parad yekunlaşarkən iştirakçılar səmada Trampa ünvanlanmış bir neçə frazanın şahidi olublar. "Tramp – nifrətəlayiq”, "Kim olur olsun, bircə Tramp olmasın” kimi fadələrin səmaya çəkildiyi paradda CNN-in xəbərinə görə 6, "Reuters”ə görə 5 təyyarə iştirak edib. Telekanalın öz Twitter səhifəsində yerləşdirdiyi həmin fotolardan birini təqdim edirik.