Yeni il gecəsi Fransada ümumilikdə 804 avtomobil yandırılıb. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Bernar Kaznev BFM TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, ötənilki analoji rəqəmdən 14,5 faiz azdır. Belə ki, ğtən il həmin tarixdə 940 maşın yandırılmışdı. Eyni zamanda nazir həmin gecə polis tərəfindən saxlananların da sayını açıqlayıb – 622 nəfər. Onlardan 368 nəfəri müvəqqəti həbsə alınıb.
Qeyd edək ki, Yeni il gecəsi Parisdə terakt təhlükəsi səbəbindən polis nəzarəti gücləndirilmiş, bayram atəşfəşanlığı təxirə salınmışdı.