25 illik fasilənin ardından Səudiyyə Ərəbistanı İraqda yenidən səfirliyini açıb. Bu barədə baki-xeber.com vesti.ru-ya istinadən xəbər verir.
İki ölkə arasında diplomatik əlaqələr 1990-cı ildə - Səddam Hüseyn hakimiyyəti dövründə İraqın Küveyti işğal etməsi nəticəsində pozulmuşdu. Səudiyyənin Bağdaddakı səfiri vəzifəsinə Samir əs-Sübhan təyin olunub. "Əl-Ərəbiyyə” telekanalına açıqlamasında yeni səfir deyib ki, diplomatik əlaqələrin bərpası iki ölkə arasında əlaqələrin inkişafına töhfə verməklə yanaşı, həm də terrorizmə qarşı mübarizədə islam ölkələri koalisiyasının anti-İŞİD fəaliyyətini gücləndirməyə imkan yaradacaq.