Təl-Əvivdə barların birində çıxan atışma nəticəsində ölənlərin sayı 2-yə çatıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
İsrail polisindən Mikki Rozenfeldin Agentliyə verdiyi açıqlamaya görə, yaralılardan daha biri dünyasını dəyişib. Qeyd edək ki, Rozenfeld daha öncə 1 nəfərin öldüyünü, 5 nəfərin isə yaralandığını bildirmişdi.
İnsidentin terror olub-olmadığı hələlik bəlli deyil.