Münhendə hüquq-mühafizə orqanları vağzallarda terror aktı törədiləcəyilə bağlı konkret informasiya alıb. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadən bildirir.
"Cinayət polisinin federal idarəsindən aldığımız xəbərdə Münhen vağzalında və ya Münhen-Pazink vağzalında terror aktları planlaşdırıldığı bildirilir” – deyə Bavariyanın daxili işlər naziri Yoaxim Herman bəyan edib. Onun sözlərinə görə, alınan məlumatdan teraktın gecə saatlarında törədilməsi planlaşdırılıb. Təhlükə ilə əlaqədar Yeni il gecəsi hər iki vağzal bağlanıb. Yanvarın 1-dən isə yenidən iş bərpa olunub.