İran prezidenti Həsən Ruhani müdafiə nazirinə raket proqramını genişləndirməyi əmr edib. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir.
Xəbərə görə, məqsəd ABŞ-ın mümkün sanksiya genişləndirmələrinə qarşı tədbir görməkdir. "ABŞ hökuməti qanunsuz müdaxiləni davam etdirdikcə hərbi qüvvələrimiz raket potensialını tez bi zamanda və əhəmiyyətli şəkildə artırmalıdır” – Ruhaninin müdafiə naziri Hüseyn Dehqana məktubunda deyilir.
Daha öncə "Wall Street Journal” xəbər verib ki, ABŞ İranın ballistik raket proqramına qarşılıq olaraq bir sıra şirkət və şəxslərə qarşı sanksiyalar hazırlayır.